Linux Mint Türkiye

Yazılım => Yazılım Sorunları => Konuyu başlatan: MintAz - 15 Ocak 2015, 19:53:53

Başlık: Android Studio və JDK
Gönderen: MintAz - 15 Ocak 2015, 19:53:53
Hər vaxtınız xeyir, dostlar. Android Studio üçün JDK lazımdırmı? Lazımdırsa necə yükləməli?
Başlık: Ynt: Android Studio və JDK
Gönderen: MintAz - 16 Ocak 2015, 14:04:47
Həllini tapdım. Əvvəlcə aşağıdakı kodu  terminala daxil edin:
Kod: [Seç]
sudo apt-get update && apt-get remove openjdk*Burdan (http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html) Oracle JDK-nı yükləyin. Yükləmə bitdikdən sonra  yüklənmiş dosyanı extract edin. Daha sonra extract etdiyiniz faylın olduğu yeri cd ~/ əmri ilə terminaldan açın (çox vaxt cd ~/İndirilenler olur).  Terminalla /opt içində java adlı qovluq açın:
Kod: [Seç]
sudo mkdir -p /opt/javaDaha sonra extract etdiyiniz faylı /opt/java içinə daşıyın:
Kod: [Seç]
sudo mv EXTRACETDİYİNİZFAYL /opt/java. Daşıdıqdan sonra aşağıdakı əmri terminala verin:
Kod: [Seç]
sudo update-alternatives --install "/usr/bin/java" "java" "/opt/java/EXTRACETDİYİNİZFAYL/bin/java" 1
Kod: [Seç]
sudo update-alternatives --set java /opt/java/EXTRACETDİYİNİZFAYL/bin/javaƏməliyyat uğurla başa çatmışdır. Yüklənib yüklənmədiyini yoxlamaq üçün terminala aşağıdakını yazıb versiyanı yoxlayın:
Kod: [Seç]
java -version
Başlık: Ynt: Android Studio və JDK
Gönderen: MintAz - 16 Ocak 2015, 14:14:11
Orijinalı burdadır (http://community.linuxmint.com/tutorial/view/1372).